Gömrük Akademiyasında yeni ixtisas açılıb

  • 13:27 - 10 İyun

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsinə yeni ixtisas - “İnformasiya texnologiyaları” ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək.

DGKA-dan Avropa.info-ya bildirilib ki, I ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisasa 20 yer nəzərdə tutulur. Bununla da, akademiyada bakalavr səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı beş olacaq.

Beləliklə, akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul olacaq.

Bununla yanaşı, DGKA-da 2021/2022-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul “Gömrük işi” və “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmaları üzrə həyata keçiriləcək.


Oxunma sayı: 2355

Oxşar yazılar