Türkiyədə COVID-19-a qarşı yerli peyvəndin son sınaq mərhələsi başlayıb

  • 11:50 - 10 İyun

Türkiyədə COVID-19-a qarşı peyvəndə namizəd olan insanlar üzərində sınaqların son mərhələsi başa çatıb.

Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla mübarizə üzrə Elmi Məsləhət Şurasının virtual iclasından sonra bildirib.

Onun sözlərinə görə, gələn həftə Türkiyədə 3-cü faza çərçivəsində insanlar üzərində sınaqlar məqsədilə könüllülər peyvənd olunacaq:

 

"Bir çox peyvənd istehsalı üzrə layihələr həyata keçirilir. Onlardan biri son mərhələyə çatıb".

F.Qoca əlavə edib ki, Türkiyə iyunun 10-da koronavirusa qarşı peyvəndləmə kampaniyasının yeni bir mərhələsinə qədəm qoyacaq, bu kampaniya çərçivəsində 45 və yuxarı yaşda olan insanlar peyvənd olunacaq.


Oxunma sayı: 1123

Oxşar yazılar