Myanmada hərbi təyyarə qəzaya uğrayıb, 12 nəfər həlak olub

  • 13:00 - 10 İyun

Myanmada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.

Bu barədə "Reuters" yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin mərkəzi hissəsində qeydə alınıb. Qəzanın başvermə səbəbi hələ naməlumdur.

Çinin CGTN telekanalı isə yerli mediaya istinadən qəza zamanı təyyarədə 16 nəfərin olduğunu bildirib.


Oxunma sayı: 1134

Oxşar yazılar