Türkiyənin təhsil nazirindən Şuşadakı məktəblə bağlı ÖNƏMLİ AÇIQLAMA

  • 17:53 - 09 İyun

Bəlli olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində qardaş ölkə tərəfindən təklif edilən bir hədiyyə kimi məktəbin təməlqoyma mərasiminin keçirilməsi proqramda əksini tapıb. Həmin məktəbin fəaliyyət istiqaməti müəyyənləşdirilibmi? Həmin məktəbdə tədris kimlər tərəfindən təşkil ediləcək?

Avropa.info xəbər verir ki, bununla bağlı "report"un suallarını cavablandıran Türkiyənin milli təhsil naziri Ziya Selçuk bildirib ki, "məktəblə bağlı nəyə ehtiyac olarsa hamısı qarşılanacaq. Bəzi dərslərin Türkiyədən gələn və ya Türkiyədə təhsil almış müəllimlər tərəfindən keçirilməsi nəzərdə tutulub. Bəzi dərslərin isə azərbaycanlı müəllimlər tərəfindən tədris olunması planlaşdırılır. Birlikdə bəzi layihələr həyata keçirmək və ortaq dərs keçmək arzusu da var".


Oxunma sayı: 2157

Oxşar yazılar