Azərbaycanda bir gündə 68 nəfər COVID-19-a yoluxdu, 274 nəfər sağaldı - 5 nəfər ölüb

  • 17:15 - 06 İyun

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 893 nəfər müalicə olunaraq sağalıb, 4 941 nəfər vəfat edib. 2 881 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 794, bu günə qədər isə ümumilikdə 3 567 745 test icra olunub.


Oxunma sayı: 1992

Oxşar yazılar