Almaniyada sinaqoq yandırılıb

  • 21:06 - 05 İyun

Almaniyanın Ştutqart şəhərindən 70 km cənub-şərqdə yerləşən Ulm şəhərindəki sinaqoqu naməlum şəxslər yandırıblar.

Məlumatı “newsru.co.il” yayıb.

Videoyazıya əsasən, bir kişi binaya yaxınlaşaraq minik maşının yük yerindən maye dolu kanistri götürüb, onu sinaqoqun qarşısına səpərək yandırıb.

Yanğının alovları binaya ziyan vurub. Ravvin yerli polis idarəsinə şikayət ərizəsi ilə müraciət edərək yanğının qəsdən törədildiyini bildirib.(report) 


Oxunma sayı: 3411

Oxşar yazılar