Tramp: “Amerikalıların bəxti gətirib ki, mən koronavirusla bağlı tövsiyələrə qulaq asmadım”

  • 17:51 - 04 İyun

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçinin yeni koronavirus pandemiyası ilə mübarizəyə dair səhv tövsiyələr verdiyini deyib.

TASS-ın məlumatına görə, bu açıqlamanı o, ABŞ-ın baş infeksion mütəxəssisinin keçənilki yazışmalarının ictimaiyyətə açıqlanmasından sonra verib.

“Bu elektron məktublara baxdıqdan sonra deyə bilərəm ki, mən doktor Fauçinin istədiyini etmədiyim üçün ölkəmiz şanslıdır”, - deyə Tramp bildirib.

O, tənqidlərə baxmayaraq Çin üçün sərhədi çox erkən mərhələdə bağlanması barədə göstərişini xüsusi qeyd edib.

Keçmiş dövlət başçısının sözlərinə görə, Fauçi yeni koronavirusa qarşı peyvəndlərin hazırlanmasını da vacib hesab etməyib.

“Bundan əlavə, dr.Fauçi maska ​​taxmağın tamamilə əleyhinə idi, baxmayaraq ki, o zaman belə, bunun ən azından faydalı olacağını düşünürdüm. Daha sonra o, mövqeyini tamamilə dəyişdirdi və maska ​​taxmağın radikal tərəfdarı oldu”, - deyə Tramp əlavə edib.


Oxunma sayı: 3202

Oxşar yazılar