Ağ Ev Baydenin Ərdoğanla görüşəcəyini təsdiq etdi

  • 17:35 - 04 İyun

ABŞ Prezidenti Cozef Bayden iyunun 14-ü NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Avropa.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər görüş zamanı ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Bildirilir ki, C.Bayden növbəti həftə Böyük Britaniya, Belçika və İsveçrəyə baş tutacaq səfəri çərçivəsində bir sıra dövlət və hökumət başçısı ilə də görüşəcək.


Oxunma sayı: 2916

Oxşar yazılar