Türkiyə Milli Təhlükəsizlik Şurasında 5 saatlıq müzakirə - MÜHÜM QƏRARLAR VERİLDİ

  • 21:59 - 02 İyun

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Avropa.info xəbər verir ki, 5 saat davam edən iclasdan sonra yayımlanan 5 maddəlik açıqlamada ölkədəki və sərhəd hüdudlarından kənarındakı anti-terror əməliyyatlarının qətiyyətlə davam edəcəyi bildirilib. İclasda Türkiyənin beynəlxalq hüququn tələbləri çərşivəsində öz haqlarını qoruması, ölkənin cənub sərhədləri boyunca təhlükəsizliyinin təmini üçün keçirilən əməliyyatarın fasiləsiz davam etməsi məsələləri müzakirə olunub.

"Milli birliyimizə və həmrəyliyimizə, həyatımıza qarşı hər cür təhdid və təhlükələrə qarşı, xüsusən PKK / KCK-PYD / YPG, FETÖ və İŞİD terror təşkilatlarına qarşı ölkədə və xaricdə qətiyyətlə, əzmlə və uğurla aparılan əməliyyatlar və fəaliyyətlər dəyərləndirildi", - deyə açıqlamada qeyd olunur. 

İclasda Türkiyənin Kipr məsələsinin son həllini təmin etmək üçün suveren, bərabər və müstəqil iki dövlət həll yanaşmasını qətiyyətlə dəstəkləyəcəyi və Kipr Türk xalqının hüquq və mənafelərini qorumaq üçün hər cür tədbir almağa davam edəcəyi bildirilib. 

Toplantıda həmçinin Egey və Aralıq dənizindəki gərginlik, bununla bağlı Türkiyənin qanuni haqlarını heçə sayan və xaricdə yaradılan təxribatlara soyuqqanlı və hüquq çərçivəsində yanaşılması, İsrailin-Fələstin münaqişəsi ilə bağlı da müzakirələr aparılıb.


Oxunma sayı: 3345

Oxşar yazılar