Cəlilabadda kişi keçmiş həyat yoldaşını qətlə yetirib

  • 21:25 - 28 May

Cəlilabadda 46 yaşlı qadının qətlinin təfərrüatları məlum olub.

Təzəkənd kənd sakini, 1975-ci il təvəllüdlü Rəna Allahqulu qızı Xanəliyeva ilə onun keçmiş həyat yoldaşı, 1980-ci il təvəllüdlü Cavid Nəriman oğlu Bayramov arasında mübahisə yaranıb.

Barışmaqlarını istəyən C. Bayramov mübahisə nəticəsində R. Xanəliyəvanı öz evində 10-dan çox bıçaq zərbəsi ilə qətlə yetirib.

Təxminən 10 il əvvəl boşanmış cütlüyün 2 övladı var.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

***

saat 12:49

Cəlilabadda qadın qətlə yetirilib.

APA-nın verdiyi məlumata görə, qətl hadisəsi rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini Rəna Allahqulu qızı Xanəliyeva qətlə yetirilib.

Hazırda qətli törədənin kimliyi müəyyənləşdirilir.

Faktla Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 4456

Oxşar yazılar