Polşa Türkiyədən "Bayraktar TB2" pilotsuz uçuş aparatı alacaq

  • 21:30 - 22 May

Polşa Türkiyədən 24 ədəd silahla təchiz edilmiş "Bayraktar TB2" pilotsuz uçuş aparatı alacaq.

Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak "Radio 24"ə deyib.

O bildirib ki, ilk 2022-ci ildə ilkin olaraq 4 PUA seti gətiriləcək və Polşa ordusunda istifadə olunacaq.

Nazirin sözlərinə görə, "Bayraktar TB2" PUA-ları tank əleyhinə partlayıcılarla silahlanacaq: “Türkiyə ilə müqaviləyə lojistik və təlim paketi də daxildir. Müqavilə, təcili əməliyyat ehtiyacının bir hissəsi olaraq, tender olmadan bağlanacaq”.

Qeyd edək ki, nazir "Twitter" hesabında da bununla bağlı paylaşım edib: “İzləyicilərim üçün yaxşı xəbərlər paylaşmaq istəyirəm. Polşa ordusu müasir avadanlıqla, zərbə gücünə sahib olan və qitəmizin şərqindəki müharibələrdə özünü sübut etmiş "Bayraktar TB2" pilotsuz uçuş aparatları ilə təchiz ediləcək. Bu PUA-lar həm də Afrikada istifadə edilib”.(apa) 


Oxunma sayı: 3213

Oxşar yazılar