Azərbaycanla Britaniya arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

  • 22:42 - 21 May

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev, ölkədə səfərdə olan Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartla görüşüb.

Nazir bu barədə "Twitter" hesabında yazıb. 

Nazir bildirib ki, görüşdə nəqliyyat sahəsində cari və perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub, rəqəmsal transformasiya haqqında fikir mübadiləsi aparılıb.
 

 


Oxunma sayı: 4951

Oxşar yazılar