Atasının gözü önündə öldürülən oğulun işindən YENİ XƏBƏR

  • 16:49 - 19 May

Sabirabadda qətl törədən İftixar Muradovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Sabirabad rayon Prokurorluğundan Avropa.info-ya verilən məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Sabirabad rayon sakini Sakit Nuruşovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu İftixar Muradov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atasının gözləri qarşısında çoxsaylı xəsarətlər yetirərək Sakit Nuruşovu qəsdən öldürüb.

İftixar Muradov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Oxunma sayı: 2949

Oxşar yazılar