Gürcüstan PUA-lar istehsal edəcək

  • 21:56 - 13 May

Gürcüstanda pilotsuz uçuş aparatları istehsal olunacaq.

Bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.

Onun sözlərinə görə, "Delta" hərbi elmi-texniki mərkəzdə istehsal olunacaq ilk PUA-lar 2022-ci ildə təqdim ediləcək.

Nazir həmçinin bildirib ki, mərkəzin bazasında yaradılacaq Gürcüstan-İsrail birgə müəssisəsi M4 tipli avtomatların istehsalını təşkil edəcək. (report) 


Oxunma sayı: 1255

Oxşar yazılar