Mariya Zaxarova azərbaycanlı tarixçiyə təşəkkür edib

  • 21:30 - 13 May

"Sloveniyada II Dünya Müharibəsi zamanı sloveniyalı partizanların sıralarında vuruşan Qırmızı Ordu əsgərlərinə qoyulan abidənin açılışı olub. Azərbaycan tarixçisi İlham Abbasov tərəfindən Rusiya arxivlərində aparılan araşdırmalar sayəsində Qırmızı Ordunun 16 döyüşçüsünün şəxsiyyətləri məlum olub”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
M. Zaxarova deyib ki, onlar 1945-ci ilin yazında Aydovşçina şəhərinin kənarında həlak olublar və Sloveniyanın anti-faşist müqaviməti hərəkatının digər iştirakçıları ilə birlikdə onların şəxsiyyəti müəyyənləşdirilib. Onlar Sloveniya anti-faşist müqaviməti hərəkatının digər üzvləri ilə birgə qardaşlıq məzarlığında dəfn ediliblər.

M. Zaxarova Qırmızı Ordu əsgərlərinin adlarının yenilənən memorial üzərində həkk edildiyini söyləyib: “Açılış mərasimində Rusiyanın Sloveniyadakı səfiri Timur Eyvazov, Aydovşinanın meri və yerli hakimiyyət nümayəndələri iştirak ediblər. Bu hadisəni Rusiya və Sloveniya tarixinin ortaq səhifələrinə hörmət, tarixi yaddaşın qorunmasında mövqelərimizin təsdiqlənməsi kimi qiymətləndiririk. Azərbaycandan olan dostumuza xüsusi təşəkkürümüzü bildiririk".(report) 


Oxunma sayı: 1607

Oxşar yazılar