ABŞ-da 150 respublikaçı konqresmen yeni hərəkat yaradıb

  • 21:08 - 13 May

ABŞ Konqresində 150-dən çox respublikaçı konqresmen yeni siyasi hərəkat yaratdıqlarını elan edib.

APA-nın “Deseret News” qəzetinə istinadən verdiyi məlumata görə, yeni hərəkat yaradan respublikaçı konqresmenlər Respublikaçılar Partiyasında islahatların aparılmasını istəyirlər.

  •  

Yeni siyasi hərəkatın formalaşması partiyada tutduğu vəzifəyə görə üçüncü şəxs olan konqresmen Liz Çeyninin əvəzlənməsindən sonra məlum olmuşdu. L. Çeyni ABŞ-ın sabiq Prezidenti Donald Trampı sərt tənqid etməsi ilə məşhurlaşıb. L. Çeyninin vəzifəsindən uzaqlaşdırılmasını respublikaçıların Konqresin Nümayəndələr Palatasındakı lideri Evin Makkarti də dəstəkləyib.

Yeni hərəkatın üzvləri öz ideallarına uyğun olaraq ABŞ-da və Respublikaçılar Partiyasında islahatların aparılmasını tezləşdirmək niyyətlərini bəyan edirlər. Bəyanatda əks təqdirdə isə partiyaya alterativ yaradılmasının tezləşdiriləcəyi vurğulanır.

Bəyanata imza atanlar arasında tanınmış siyasi xadimlər, o cümlədən Ağ Evin İctimaiyyətlə əlaqələr üzrə sabiq direktoru Entoni Skaramuççi, Massaçusets ştatının sabiq qubernatoru Bill Veld, Cənubi Karolinanın sabiq qubernatoru Mark Senford, BAŞ Daxili Təhlükəsizlik Nazirliyinin sabiq nümayəndəsi Elizabet Nyuman və digərləri var.


Oxunma sayı: 1409

Oxşar yazılar