Gürcüstan hökuməti quru sərhədləri açmağı planlaşdırır

  • 20:04 - 13 May

Gürcüstan hökuməti quru sərhədləri açmağı planlaşdırır. Lakin bu koronavirusun üçüncü dalğasından sonra mümkün olacaq.
Avropa.info xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava məlumat verib.
Onun sözlərinə görə, ölkənin quru sərhədləri koronavirusun 3-cü dalğasının sonlarına yaxın açıla bilər. Bu məsələ növbəti bir neçə həftə ərzində müzakirə olunacaq.
Nazir deyib: “Quru sərhədlərin etibarlı şəkildə açılması turizm üçün əsas stimullardan biridir. Quru sərhədlərin açılması planlaşdırılır, lakin bu koronavirusun üçüncü dalğasının tamamlanması ilə üst-üstə düşməlidir. Məsələ, yəqin ki, növbəti bir neçə həftənin mövzusu olacaq".
Natia Turnava, eyni zamanda iki həftə sonra məhdudiyyətlərin yüngülləşdirilə biləcəyini də istisna etməyib.
Onun sözlərinə görə, yoluxma sayının iki həftə sonra azalması gözlənilir.
“Düşünürük ki, önümüzdəki iki həftə ərzində bu gün yüksək olan yoluxma göstəricisinə bir daha nəzər yetirdikdə, azalacağını görəcəyik və bundan sonra məhdudiyyətləri bir az yüngülləşdirə biləcəyik”,- deyə N.Turnava vurğulayıb.

 


Oxunma sayı: 2630

Oxşar yazılar