İmişlidə 9 May - Qələbə günü qeyd olunub - Foto

  • 22:05 - 09 May

İmişlidə 9 May - Qələbə günü qeyd olunub

 RİH-dən Avropa.info-ya verilənu məlumata görə, bu gün İmişli rayonunda faşizm üzərində qələbənin 76-cı il dönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Böyük Vətən müharibəsinin iştirakçıları, şəhidlərin yaxınları, rayon ictimaiyyəti və məktəblilər iştirak edib. 
     Alman faşizmi üzərində qələbənin 76-cı ildönümünə həsr olunmuş tədbir Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olunub. Əvvəlcə tədbir iştirakçıları şəhidlərimizin məzarlarına, sonra isə abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Tədbirdə çıxış edən icra başçısı Elçin Rzayev əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı. Qeyd etdi ki, veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsil həyat məktəbi, canlı tarixdirlər və İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının qəhrəmanlığı heç vaxt yaddaşlardan silinməyəcək. Tədbirdə digər çıxış edənlər də xalqımızın qəhrəman oğullarının gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildiriblər. Tədbirin sonunda şəhər məktəblərinin şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları bədii proqramlar və səsləndirdikləri şeirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
     Qeyd edək ki, tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilib.


Oxunma sayı: 2025

Oxşar yazılar