Daha bir şəhidimizin övladı dünyaya gəlib

  • 21:47 - 09 May

Gəncədə şəhid Azad Abbasovun oğul övladı dünyaya gəlib.

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Azad Novruz oğlu Abbasovun 4-cü övladı doğulub. Körpəyə Araz adı verilib. Onun səhhəti yaxşıdır.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan A.Abbasov 2020-ci ilin 29 sentyabrında Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Report


Oxunma sayı: 2300

Oxşar yazılar