Əfqanıstanda mayın 11-i milli matəm elan olunub

  • 21:08 - 09 May

Əfqanıstan Prezidenti Əşrəf Qəni mayın 8-də Kabildə məktəbin yaxınlığında baş vermiş partlayışla əlaqədar mayın 11-i milli matəm günü elan edib.

Ə. Qəni minimum 63 nəfərin həlak olduğu partlayışı insanlıq əleyhinə cinayət adlandırıb.

  •  

 

Əfqanıstan Prezidenti Taliban Hərəkatı, İŞİD kimi “cahil qruplar”ın belə qəddar hücumlarla əfqan uşaqların oxumasına mane olmağa və insanların qardaşlığa əsaslanan gələcəyə ümidlərini zəiflətməyə çalışdıqlarını vurğulayıb: “Əgər onlar öldürməyə dayandırmasalar, insanların daha çox nifrətinə və əfqan təhlükəsizlik qüvvələrinin daha çox təzyiqinə məruz qalacaq”.

Ə. Qəni həlak olanların ailələrinə kompensasiya verilməsi barədə də sərəncam imzalayıb. Eyni zamanda Səhiyyə Nazirliyinə hücum nəticəsində yaralananlara xüsusi diqqətlə yanaşılmasını tapşırıb.

Qeyd edək ki, mayın 8-də Kabildə məktəb yaxınlığında 3 partlayış baş verib. Nəticədə əksəriyyəti şagirdlər olmaqla, 63 nəfər ölüb.(apa) 


Oxunma sayı: 1123

Oxşar yazılar