Rusiyada səhiyyə naziri itkin düşüb

  • 20:00 - 09 May

Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.

Bu barədə “Kommerçeskie vesti” məlumat yayıb.

Qeyd edilir ki, nazir mayın 7-də ova gedib. Polisin məlumatına görə, 49 yaşlı Aleksandr Muraxovski həmin gün itkin düşüb. O, Bolşeukovsk rayonunun Pospelovo kəndində yerli vaxtla saat 16:00-da çıxıb və geri qayıtmayıb. Muraxovskinin axtarışı ilə əvvəlcə tanışları, yaxınları məşğul olublar, mayın 8-dən axtarışlara polis əməkdaşları, qvardiya, ov müfəttişləri və yerli sakinlər qoşulublar.

Axtarışlar ərazinin çətin relyefi və bataqlıq olması səbəbindən ağırlaşıb.(report) 


Oxunma sayı: 1354

Oxşar yazılar