Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü

  • 11:06 - 09 May

Kolumbiyada etiraz aksiyalarında iştirak edən təxminən 550 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə La FM radiostansiyası ölkənin insan hüquqları üzrə müvəkkilinin aparatının verdiyi məlumata istinadən bildirib.

Məlumata əsasən, 28 apreldən 7 maya qədər 548 nəfər itkin düşdü. Etiraz və iğtişaşlar zamanı ölənlərin sayı 26-ya çatıb.

Qeyd edək ki, Kolumbiyada 28 apreldən etibarən vergi islahatlarına qarşı nümayişlər keçirilir. İğtişaşlar Boqota, Kali, Medellin və digər şəhərlərdə baş verib.


Oxunma sayı: 1552

Oxşar yazılar