Ərdoğandan Məscidül-Əqsaya hücum edən İsrailə SƏRT SÖZLƏR :"Bu həm də İstanbul, Qahirə, Bakı, Bağdaddakı müsəlmanlara edilən hücumdur"

  • 00:56 - 09 May

"Ramazan ayının son günlərinə yaxınlaşarkən ilk qibləmiz olan Qüdsdən həm qəmli, həm də əsəblərimizi tarıma çəkən xəbərlər alırıq. Zülmkar İsrail, terror dövləti İsrail Qüdsdəki müsəlmanlara vəhşicəsinə və əxlaqsızca hücumlar edir."

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail polisinin Məscidül-Əqsada namaz qılan müsəlmanlara hücum etməsinə münasibət bildirib. Ərdoğan İsraili sərt şəkildə tənqid edib.

"Qüdsün şərəfini, izzətini qorumaq hər bir müsəlmanın borcudur. Qüdsdəki ibadət yerlərinə, xüsusən də Məscidül-Əqsa və müsəlmanlara qarşı edilən hücum bizə edilən hücumdur. Bu hücum həm də İstanbul, Diyarbəkr, Bağdad, Qahirə, Cakarta, Bakı və Sarayevoda yaşayan hər bir müsəlmana edilən hücumdur. Daha da önəmlisi üç dinin müqəddəsi olan Qüdsü çirkləndirən zalımlara qarşı çıxmaq hər bir insanın borcudur. İsrailin hücumlarına səssiz qalan da həmin zülmə ortakdır.

Buradan bütün dünyanı İsrailin Qüdsə hücumlarına qarşı tədbir görməyə dəvət edirəm. İnsanları müsəlman olan bütün ölkələrə müraciət edirəm. İsrailin təməl haqqları tapdayan zülmünün qarşısı alınmalıdır. Biz Türkiyə olaraq bu mövzuda öz üzərimizə düşəni etmişik, edirik və edəcəyik.Dünyada heç bir insanın beynəlxalq qurumlara inamı yoxdur. Türkiyə olaraq bu gün Qüdsün və fələstinli qardaşlarımızın yanındayıq", deyə Ərdoğan qeyd edib.


Oxunma sayı: 6469

Oxşar yazılar