Musa Yaqubla vida mərasimi keçirilir - FOTO

  • 12:10 - 08 May

Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.

Avropa.info xəbər verir ki, mərasim mərhumun yaşadığı İsmayıllı rayonunun Buynuz kəndində - evində təşkil edilib.

Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xalq şairi saat 12:00-da vəsiyyətinə uyğun olunaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, M.Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.

 

 

 

 


Oxunma sayı: 1772

Oxşar yazılar