Türkiyədə azərbaycanlı həkim Britaniya ştammına yoluxdu – FOTO

  • 12:34 - 08 May

Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova yeni növ koronavirus infeksiyasına yoluxub.

Avropa.info xəbər verir ki, bunu Turanə Rəsulova özünün sosial şəbəkədəki hesabında yazıb.

O, COVID-19-un Britaniya ştammına yoluxduğunu bildirib.

Qeyd edək ki, Hacəttəpə Universitet xəstəxanasında çalışan azərbaycanlı həkim Turanə Rəsulova şair Aqşin Yeniseyin həyat yoldaşıdır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatıan görə, koronavirusun VOC-202012/01 variasiyası Britaniyada keçən ilin sentyabrında ortaya çıxıb və artıq dünyanın 100-dən çox ölkəsində yayılıb.

Bir 1 kişi görseli olabilir

Oxunma sayı: 2586

Oxşar yazılar