Terrorçu FETÖ-dən daha bir XƏYANƏT : Rəsmən saxta "erməni soyqırımı"nı tanıdığını AÇIQLADI - FOTOFAKT

  • 04:57 - 08 May

Türkiyədə dövlət çevirilişinə cəhd etməklə böyük bir xəyanətə imza atan Fətullahçı Terror Təşkilatı (FETÖ) daha bir xainliyə imza atıb. 

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Türkiyəyə təzyiq üçün 1915-ci il hadisələrini "soyqırım" kimi tanımasından sonra, FETÖ-də açıqlama verərək saxta "erməni soyqırımı"nı tanıdığını bildirib.   

Terror təşkilatı Fətullah Gülənin sözçüsü və qohumu Əhməd Kurucan FETÖ adına saxta "soyqırım"ı tanıdıqlarını sosial media hesabı vasitəsi ilə bildirib.

"Tarix inanc sahəsi deyildir. Yanlışa sahib çıxmaq, onunla üzləşmək, hətta onu ucaltmaq ən böyük yanlışdır. Yanlışlara üzləşmədən tarixi müqəddəsləşdirən insanlar o tarixə etiqad edirlər deməkdir. Ermənilərə edilən soyqırıma soyqırım demək igidlik deyildir, sadəcə olayın raportudur. İgidlik bundan ötrü üzr istəmək, haqq pozuntularını cavablamaq və yeni nəsillərə bu tarixi hadisəni bütün tərəfləri ilə öyrədərək bir daha yaşanmaması üçün təhsil verməkdir", deyə xain terror təşkilatının sözçüsü Türkiyəni saxta "soyqırım" iddialarını tanımağa çağırıb. Ötən il də FETÖ-yə bağlı olan və ABŞ-da fəaliyyət göstərən "Türk Mozaik Vakfı" adlı QHT saxta "soyqırımı" tanıdığını açıqlamışdı.

Necə deyərlər, taylı-tayını tapar. FETÖ 2016-cı ilin 15 iyul gecəsi Türkiyədə dövlət çevirilinə cəhd etməklə 251 mülki vətəndaşı qətlə yetirib. Erməni terrorçular isə 1915-ci il olayları zamanı Van və Ərzurumda 10 minlərlə türk və kürdü öldürərək, qətliama imza atıb. Co Baydenin məlum bəyanatından sonra FETÖ-nün 1015-ci il erməni vəhşiliyini saxta "erməni soyqırımı" kimi qiymətləndirməsi bu xain çetənin xəyanətinin bir daha sübutudur.

Qeyd edək ki, Fətullah Gülənin qohumu və sözçüsü olan Əhməd Kurucan 18 ildən çoxdur ki ABŞ-da yaşayır. Kurucan terror təşkilatı liderinin sözşüsü və 7 idarəçisindən biridir və Türkiyə tərəfindən axtarışa verilib.

AVROPA.İNFO


Oxunma sayı: 11078

Oxşar yazılar