TƏCİLİ : İsrail polisi Məscidül-Əqsada təravih namazı qılan xalqa silahlı hücum etdi - YARALILAR VAR, QARŞIDURMA DAVAM EDİR (VİDEO, FOTO)

  • 00:06 - 08 May

İsrail polisi gecə saatlarında  Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsada təravih namaz qılan müsəlman camaata hücum edib. 

Avropa.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Şərqi Qüdsdə yerləşən Hərəm-i Şərif İsrail polisinin hücumu nəticəsində döyüş meydanına çevrilib.

İsrail polisi səs bombası və plastik güllə ilə müdaxilə edərkən, fələstinli gənclər daş və şüşə butulkalarla cavab verib.

Fələstinin Qızıl Aypara cəmiyyəti tərəfindən edilən yazılı açıqlamada, Hərəm-i Şərifdəki hadisələrə İsrail polisinin müdaxiləsi nəticəsində 53 fələstinlinin yaralandığı ifadə edilib.

Hazırda polislə fələstinlilər arasında qarşıdurma davam edir. 


Oxunma sayı: 8856

Oxşar yazılar