Bakıda küçələrdən birinə Polad Həşimovun adı verilib

  • 20:36 - 07 May

Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilib və Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Avropa.info-ya verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin 13 aprel tarixli Sərəncamına əsasən, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilib.

  •  

Dəyişikliyə əsasən, bundan sonra Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılacaq.

Həmin küçədə Polad Həşimovun adına parkın daistifadəyəveriləcəyi bildirilib.


Oxunma sayı: 2333

Oxşar yazılar