Azərbaycan bu silahları istehsal edən azsaylı ölkələrdəndir

  • 13:38 - 07 May

Bu gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki birlik və müəssisələr tərəfindən müxtəlif çeşiddə silah-sursat və hərbi texnika istehsal edilir.

Avropa.info xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, müdafiə sənayesi naziri Mədət Quliyev "Respublika" qəzetində dərc olunan məqaləsində bildirib.

Nazir qeyd edib ki, Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir.

"Bundan başqa, biz aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılmasını və mənimsənilməsini də həyata keçiririk", - deyə M.Quliyev vurğulayıb.


Oxunma sayı: 1211

Oxşar yazılar