Çexiya turistlər üçün sərhədləri açır – ŞƏRTLƏR

  • 10:31 - 07 May

Mayın 15-dən etibarən Çexiya Aİ-də qeydiyyatdan keçmiş dərmanlarla koronavirus əleyhinə vaksinləşmənin tam mərhələlərini keçmiş ittifaq ölkələrindən gələn turistlər üçün sərhədlərini açmağı planlaşdırır.

Avropa.info xəbər verir ki, bu barədə Çex Respublikasının Baş naziri Andrey Babiş deyib.

Bildirilir ki, respublika sakinləri eyni şərtlərlə Aİ ölkələrinə səfər edə bilərlər.

Hazırda ölkəyə gəldikdə səfərdən qabaq və Çexiyaya girişdən sonra evdə təcrid rejimində olarkən koronavirusa dair testin mənfi nəticələri tələb olunur. Turizm məqsədilə səyahət etmək qadağandır.


Oxunma sayı: 2982

Oxşar yazılar