Bakıda 5 avtomobil körpünün üstündə toqquşub, iki nəfər xəsarət alıb -FOTO

  • 04:53 - 07 May

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, yol qəzası Babək prospektindəki körpünün üzərində qeydə alınıb. Belə ki, “Mercedes” markalı kiçik tutumlu sərnişin mikroavtobusu hərəkətdə olan “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “KİA” digər “Mercedes” markalı avtomobilə dəyib. Həmin “Mercedes” isə əvvəlcə “AzSamand”a və digər “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “KİA” və “Azsamand” markalı avtomobillərdə olan sərnişin və sürücü xəsarət alıb.
Fakt araşdırılır.

undefined
undefined
undefined

Oxunma sayı: 2795

Oxşar yazılar