Kolumbiyada etirazlar səngimir: Ölənlərin sayı artdı - FOTO

  • 21:08 - 06 May

Kolumbiyanın paytaxt Boqotada etirazçılar Konqresin aşağı və yuxarı palatalarının nümayəndələrinin oturduğu yerli Kapitoliya binasına girməyə çalışıblar.

Bu barədə senator Maurisio Toro “Twitter” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, etirazçılar binaya girməyə çalışarkən millət vəkillərinin təhlükəsizlik səbəbi ilə konqres binalarından çıxarılması lazım gəlib.

Boqota Bələdiyyə başçısı Klaudia Lopezə görə, etirazçıların bəziləri Kapitolini əhatə edən hasarı söküblər. Polisin müdaxiləsi ilə onlar geri çəkiliblər.

Klaudia Lopez Konqres üzvlərini gənclərlə dialoqa çağırıb.

Kolumbiya daxilində nümayişlər vergi islahatına cavab olaraq başlayıb və nəticədə Boqota, Kali, Medellin və digər şəhərlərdə qiyamlar baş qaldırıb. 30 apreldə ölkə səlahiyyətliləri islahatın mətnini dəyişdirməyə razı olublar.

Yeddi gün davam edən etirazlar nəticəsində ölənlərin sayı 24-ə çatıb, 900-dən çox insan yaralanıb.

 

Bizimlə əlaqə saxlayın

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

TUT.az saytında Kirayə bağ evləri


 


Oxunma sayı: 958

Oxşar yazılar