Mustafa Cengiz “Qalatasaray” klubunun prezidentliyinə namizəd olmayacaq

  • 22:00 - 06 May
#

 

 

“Qalatasaray” klubunun başqanı Mustafa Cengiz növbəti seçkilərdə başqanlığa namizəd olmayacağını açıqlayıb.

APA-nın məlumatına görə, M. Cengiz növbədənkənar prezident seçkilərində namizəd olmamaq barədə qərar verdiyini bəyan edib.

Qeyd edək ki, “Qalatasaray”da növbədənkənar seçkilər mayın 22-nə təyin olunsa da, pandemiya səbəbindən təxirə salınıb. Seçkilərin iyun ayında keçiriləcəyi gözlənilir.


Oxunma sayı: 1871

Oxşar yazılar