Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,82 milyon manat ayrıldı – SƏRƏNCAM

  • 14:55 - 06 May

Prezident İlham Əliyev bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, sərəncama əsasən, əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
26 ədəd subartezian quyusunun qazılacağı yerlərin siyahısı:

Sıra

№-si

Şəhərin, rayonun adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər
  1.  
Gəncə1Şıxzamanlı qəsəbəsi6773
  1.  
Naftalan1Qaşaltı Qaraqoyunlu kəndi930
  1.  
Yevlax3Hacımahmudlu kəndi635
Qaramanlı kəndi878
Nurallar kəndi247
  1.  
Goranboy10Əlirzalı kəndi1248
Hazırəhmədli kəndi1183
Xınalı kəndi1061
Qaradağlı kəndi3723
Qaramusalı kəndi1181
Qızılhacılı qəsəbəsi (3 quyu)7206
Muzdurlar kəndi1596
Səfikürd kəndi4990
  1.  
Göygöl5Balçılı kəndi2350
Quşqara kəndi (2 quyu)1698
Nadil kəndi1359
Səmədli kəndi470
  1.  
Samux6Aşağı Ağasıbəyli kəndi522
Çobanabdallı kəndi3030
Hacıalılı kəndi1300
Qarayeri qəsəbəsi6299
Qovlarsarı kəndi1545
Samux şəhəri10474
Cəmi:262360 698

 


 


Oxunma sayı: 958

Oxşar yazılar