Bakıda mağazadan 40 telefon oğurlandı

  • 17:29 - 06 May

Avtomobil və mağazadan oğurluq edən şəxs saxlanılıb.

Avropa.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, mayın 4-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən 250 manat pul oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş E.Xıdırov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki mağazaların birindən 500 manat pul, 4800 manat dəyərində 40 ədəd mobil telefon və danışıq kartları oğurlaması da müəyyən edilib.


Oxunma sayı: 1365

Oxşar yazılar