AFFA rəsmisi Çempionlar Liqasının finalına təyinat aldı

  • 20:50 - 05 May

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.

"Report" xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının final matçının UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, İsveçin Göteborq şəhərindəki “Qamla Ullevi” stadionunda keçiriləcək həlledici görüşdə İngiltərənin “Çelsi” və İspaniyanın “Barselona” komandaları qarşılaşacaq.


Oxunma sayı: 2454

Oxşar yazılar