Azərbaycanda qadın ərini bellə döyüb xəstəxanalıq etdi

  • 11:16 - 05 May

Şirvan şəhərində döyülmə hadisəsi baş verib.

Avropa.info “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rövşən Mikayıl oğlu həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb.

O, Şirvan şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1431

Oxşar yazılar