ABŞ-lı əsgər Baydenə ÜSYAN ETDİ: "Sizin üzünüzdən İraq və Əfqanıstanda dinc insanları öldürdük, dostlarımın da hamısı öldü" - ŞOK VİDEO

  • 03:58 - 05 May

ABŞ hökuməti  11 sentyabr 2021-ci ildə Əfqanıstandan qoşunlarını tamamilə geri çəkməyə hazırlaşır.

Avropa.info xəbər verir ki, bu arada müharibəyə görə ABŞ prezidenti Co Baydenə üsyan edən Hərbi Hava Qüvvələrinin veteranının videosu yayılıb. 

Tədbirlərdən birində Baydenə yaxınlaşan müharibə veteranı ABŞ prezidentini sərt şəkildə ittiham edir:

"Mən Hava Qüvvələrindən veteranam. Bir veteran dostumla burdayıq. Sadəcə bunu soruşmaq istəyirəm. Səsimizi niyə müharibə tərəfdarı olan birinə verməli idik? Saysız İraq vətəndaşının ölümünə səbəb olan birinə? Siz o savaşın önünü açdınız və bu savaşa səbəb olan adama medal verdiniz. Bu müharibənin bir səbəbkarı da sizsiniz. Dostlarım sizin siyasətiniz üzündən öldü. Hamısı öldü. İraq və Əfqanıstanda qardaşlarım öldü. Sizin müharibələrinizdə biz döyüşdük. Mülki insanları öldürək deyə bizi göndərdiniz. Dinc insanları öldürdük."


Oxunma sayı: 25279

Oxşar yazılar