Azərbaycanın Ermənistana qaytardığı 3 erməni hərbçini daşıyan təyyarə İrəvanın hava limanına endi

  • 21:40 - 04 May

Azərbaycanın Ermənistana qaytardığı 3 erməni hərbçi - Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanı daşıyan təyyarə İrəvanın “Erebuni” hava limanına enib.

Avropa.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.

Erməni hərbçiləri Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov müşayiət edib.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmiş üç nəfər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu azad edilib. 


Oxunma sayı: 5666

Oxşar yazılar