Lerikdə mollanın dəhşətli əməli Milli Məclisdə müzakirə olundu

  • 13:46 - 04 May

Azərbaycanda din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir. Bu proses ictimaiyyətin, tanınmış adamların iştirakıyla baş tutmalıdır.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib.

O, Lerikdə baş verən dəhşətli hadisəni nümunə kimi çəkib:

“Lerikdə baş verən dəhşətli hadisənin şahidi olduq. Elə din xadimləri seçilməlidir ki, bütövlükdə milli dəyərlərimizə, əxlaqımıza zidd olan hadisələr baş verməsin. O cümlədən yas mərasimlərində də biz cahil qadın din xadimlərinə rast gəlirik. Hamı da məcburdur ki, yas məclisinin sahibinə hörmət etsin, sakit dursun. Amma dindən bixəbər məsələlərdən danışırlar”.


Oxunma sayı: 749

Oxşar yazılar