Mayın 8-i və 16-da avtobuslar işləyəcək – RƏSMİ AÇIQLAMA

  • 14:21 - 04 May

Mayın 8-i və 16-da Bakıda ictimai nəqliyyat fəaliyyətini davam etdirəcək.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev Avropa.info-ya bildirib ki, mayın 8-i şənbə, 16-sı isə bazar günü olmasına baxmayaraq, Nazirlər Kabinetinin qərarı ilə həmin günlər rəsmi iş günü elan edilib.

Onun sözlərinə görə, həmin günlərdə Bakıda ictimai nəqliyyat işləyəcək, marşrut avtobusları normal qrafiklə hərəkət edəcək.

M.Ağayev qeyd edib ki, bayram günləri isə, yəni mayın 9-u saat 00:00-dan mayın 16-sı saat 06:00-dək Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.


Oxunma sayı: 1112

Oxşar yazılar