Bu ölkədə maskaların məcburi taxılması LƏĞV EDİLDİ

  • 10:00 - 04 May

Çex Respublikasında epidemioloji vəziyyətin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq Nazirlər Kabineti maska və resperatorlarla bağlı yeni qərar qəbul edib.

Avropa/info APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Peter Arenberqer mətbuat konfransında bildirib.

Nazir deyib ki, qərara görə, mayın 10-dan respublikada maskaların məcburi şəkildə istifadəsi ləğv edilir: "Maskalardan yalnız insanların çox olduğu yerlərdə, eləcə də daxili otaqlarda, sosial məsafənin gözlənilməsində çətinlik yaranan məkanlarda istifadə ediləcək".

Arenberqer əlavə edib ki, keçən ilin payız mövsümündəki rejim qüvvədə olacaq: "Ötən ilin payızında da yalnız ictimai nəqliyyatda, dayanacaqlarda və s. bu kimi yerlərdə maska taxmaq tələb olunurdu".


Oxunma sayı: 1255

Oxşar yazılar