Türkiyədə bir gündə 347 nəfər koronavirusdan ölüb

  • 23:19 - 03 May

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 347 nəfər həyatını itirib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 243 648 nəfər test edilib, onlardan 24 733-nün koronavirus testi pozitiv nəticə verib, 35 438 nəfər sağalıb, 3 438 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə  bu infeksiyadan ümumilikdə  41 191 nəfər ölüb.


Oxunma sayı: 892

Oxşar yazılar