Azərbaycanda son sutkada 1095 nəfər koronavirusdan sağalıb, 418 nəfər yoluxub, 19 nəfər vəfat edib

  • 20:32 - 03 May

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 418 yeni yoluxma faktı qeydə alınıb, 1095 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 321 798 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 294 784 nəfər müalicə olunaraq sağalıb, 4 580 nəfər vəfat edib, aktiv xəstə sayı 22 434 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 180, ötən müddət ərzində isə ümumilikdə 3 267 835 test aparılıb.


Oxunma sayı: 2597

Oxşar yazılar