ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən ay 512 mina və 1098 PHS tapılıb

  • 19:22 - 03 May

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat yayıb.

ANAMA-dan  bildirilib ki, ötən il noyabrın 10-dan bu il aprelin 30-dək 20 280 727 kv.m (2 028 ha) ərazi təmizlənib. Bu müddətdə piyada əleyhinə 7086 ədəd mina, tank əleyhinə 3574 ədəd mina və 7943 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Ötən ay isə 2 847 807 km.m (285 ha) ərazi təmizlənib.

Bu ərazilərdə piyada əleyhinə 364 mina, tank əleyhinə 148 mina (cəmi 512) və 1098 PHS aşkarlanıb.

 


Oxunma sayı: 716

Oxşar yazılar