Daha 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

  • 18:58 - 03 May

Aprel ayının 26-dan 2 may tarixlərinədək 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Avropa.info-ya verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 68 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə, 5 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 20 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 40 şəxsin tibb xərclərinin ödənilməsi və 6 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Daha 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb - Gallery Image


 


Oxunma sayı: 2047

Oxşar yazılar