"YAŞAT" daha 5 şəhid ailəsinin borc öhdəliklərini qarşıladı

  • 17:02 - 03 May

26 aprel-2 may tarixlərində 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Avropa.info-ya verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 68 qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə 5 şəhid ailəsinin və qazinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 20 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 40 şəxsin tibb xərclərinin ödənilməsi və 6 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.


Oxunma sayı: 2201

Oxşar yazılar