Nazir onları vəzifəyə gətirdi – YENİ TƏYİNAT

  • 17:28 - 03 May

Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları baş tutub.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, nazir Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.  

Bəxtiyar Qılıncov 2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib.

A. Kərimovun digər əmrinə əsasən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Şahin Yusif oğlu Şahbazov təyin olunub.

Ş. Şahbazov əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.


Oxunma sayı: 5336

Oxşar yazılar