ABŞ-da atışma olub, xəsarət alanlar var

  • 12:27 - 02 May

ABŞ-da atışma olub.

 

Məlumata görə, insident Viskonsin ştatında qeydə alınıb.

"Oneyda" kazinosunda baş verən atışma zamanı 7 nəfər xəsarət alıb.

"Hazırda "Oneeyda" kazinosunda atışma gedir. Hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxsin yerinin müəyyənləşdirilməsi üzərində işləyirlər. Xahiş olunur şose 172-dəki kazino binasına yaxınlaşmayın", - deyə xəbərdə bildirilir.

Digər mətbu orqanlar isə hadisəni törədən şəxsin saxlanıldığını xəbər veriblər.(apa) 


 


Oxunma sayı: 1728

Oxşar yazılar