Böyük Britaniya ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq müzakirə edilib - FOTO

  • 22:24 - 28 Aprel

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarp ilə görüşüb.

Nazirlikdən verilən məlumatda bildirilir ki, Mikayıl Cabbarov Azərbaycan - Böyük Britaniya əlaqələrinin genişləndiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Əlavə edilib ki, ölkələrimiz arasında digər sahələrlə yanaşı, uğurlu ticarət və investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir. 2021-ci ilin yanvar-mart aylarında Britaniya ilə ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb.

Görüşdə ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verlib, 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu diqqətə çatdırılıb.

Son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətləri vurğulayan səfir Ceyms Layl Şarp ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib, iqtisadi tərəfdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

 


Oxunma sayı: 2982

Oxşar yazılar